BaşlıcaSiyasət

Paşinyan üçüncü qüvvə tərəfindən yola nəzarət barədə:   “Bizim anlayışımıza görə, bu monitorinq funksiyası ola bilər”

9 noyabr tarixli üçtərəfli bəyanatın 9-cu bəndində Ermənistanın ərazi bütövlüyünün, suverenliyinin və yurisdiksiyasının hər hansı bir şəkildə zəiflədilməsini nəzərdə tutan heç bir maddə yoxdur.

Həmçinin, ölkəmizin ərazisində üçüncü bir tərəfin iştirakını nəzərdə tutan bir müddəa da yoxdur. Orada qarşılıqlı əsaslar prinsipi açıq şəkildə qeyd olunub.

Bu barədə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Parlamentdə jurnalistlərlə söhbətində bildirib.

Yola nəzarətin üçüncü tərəf tərəfindən həyata keçirilməsi ilə bağlı müzakirələrə toxunan Paşinyan izah edib: “Nəyə nəzarət və harada nəzarət? – bu sualın  cavabını almaq  çox vacibdir.

Biz bu suala cavab vermişik və demişik ki, bu, bizim anlayışımıza görə monitorinq funksiyası ola bilər və bu, Moskvadan peyk rabitəsi vasitəsilə, peyk avadanlıqları ilə həyata keçirilə bilər”.

Paşinyan bir daha vurğulayıb ki, Ermənistanın ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası heç bir halda şübhə altına alınmamalıdır və bu prinsiplər şübhə doğura bilməz.

“Kimlər ki deyir, Ermənistan belə bir öhdəlik götürüb –onlar doğru demirlər” – deyə o, bildirib.

Daha çox göstər
Back to top button