
Tbilisidə Gürcüstan, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü keçirilir.
Gürcüstan Xarici İşlər Nazirliyi bildirib ki, görüşün təşəbbüskarları Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovdur.
Məlumata görə, iclası Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili açıb, daha sonra Azərbaycan, Gürcüstan və Ermənistan xarici işlər nazirlərinin müavinləri səviyyəsində qapalı formatda davam edib.
“Görüşün əsas məqsədi üç ölkə arasında üçtərəfli əməkdaşlıq prosesinin əsasını qoya biləcək mümkün istiqamətlər barədə fikir mübadiləsi aparmaqdır.
Bu görüş ümumi maraqların mübadiləsinə yönəlib ki, bu da ölkələr arasında qarşılıqlı faydalı praktiki üçtərəfli əməkdaşlığın daha da inkişafına töhfə verəcək və bu da öz növbəsində regionun firavanlığına, sabitliyinə və davamlı inkişafına töhfə verəcək.
Bugünkü üçtərəfli görüş mövcud əməkdaşlıq formatlarının heç biri ilə ziddiyyət təşkil etmir və ya onu əvəz etmir, lakin üç qonşu ölkənin konstruktiv və qarşılıqlı faydalı əməkdaşlığın formalaşdırılması üçün əlavə səylərini ifadə edir”,- Gürcüstan XİN-dən bildirilib.







