
“Bu, sülh müqaviləsinin mətninin razılaşdırılmasından sonra ilk olduğu üçün vacib idi”– deyə o vurğulayıb.
Bayramov bir daha təkrar edib ki, müqavilənin imzalanması üçün ATƏT-in Minsk qrupu ləğv olunmalıdır. O, həmçinin Ermənistanı Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialarda ittiham edib.
“Görüşlər tərəflərin mövqelərini, arqumentlərini və əsaslandırmalarını daha ətraflı müzakirə etmək imkanı yaradır” – deyə azərbaycanlı diplomat bildirib.
Onun sözlərinə görə, Sloveniya nazirilə görüşdə Ermənistan-Azərbaycan sərhədinin müəyyənləşdirilməsi prosesi həmçinin müzakirə olunub.







