
Ermənistan Respublikasının Baş Naziri Nikol Paşinyan parlamentdə hökumətin 2024-cü il proqramının icrasına həsr olunmuş yekun çıxışında Ermənistan-Azərbaycan münasibətlərində eskalasiya və münaqişələrin qarşısının alınacağını və sülhün təmin ediləcəyini bildirdi.
Paşinyan bu iddianın əsaslarını aşağıdakı kimi izah etdi:
“Niyə və necə?
Çünki Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığını və güc tətbiqi ilə təhdidinin qəbuledilməzliyini tanımışdır.
Üstəlik, bu prinsiplər təkcə siyasi deyil, həm də hüquqi əsaslara malikdir. Hər iki dövlət Alma-Atı Bəyannaməsini münasibətlərin tənzimlənməsinin əsas prinsipi kimi qəbul etmişdir.
Bu bəyannamədə sovet respublikalarının sərhədlərinin toxunulmazlığı, qarşılıqlı ərazi bütövlüyünün tanınması, daxili işlərə qarışmamaq, gücdən və güc təhdidindən istifadə etməmək kimi əsas prinsiplər vurğulanır”.
Paşinyan həmçinin Ermənistanda və Azərbaycanda fəaliyyət göstərən bütün tərəflərə bu prinsiplərə zidd olan, birbaşa və ya dolayı yolla onları şübhə altına qoyan bəyanatlardan uzaq durmaq və son dərəcə məsuliyyətli davranmaq çağırışını etdi.
Mətn factor.am-ə məxsusdur.







