BaşlıcaSiyasət

44 günlük müharibənin halları üzrə yaradılan komissiyanın hesabatı Parlamentin payız sessiyasının gündəminə daxil ediləcək

Dağlıq Qarabağda baş vermiş 44 günlük müharibənin  vəziyyəti üzrə yaradılmış Ermənistan Parlamentinin istintaq komissiyasının hesabatı payız sessiyasında – sentyabrın 27-dən sonra keçiriləcək plenar iclasın gündəminə daxil ediləcək.

Bu barədə jurnalistlərlə söhbətində istintaq komissiyasının sədri Andranik Koçaryan məlumatlandırıb.

“Sentyabrın 27-si şənbə gününə düşür, bu səbəbdən plenar iclas sentyabrın 30-da başlayacaq. Parlamentin sədri məsələni şuranın iclasında gündəmə daxil edəcək və tarixi dəqiq müəyyən edəcək.

Məncə, çox vacibdir ki, bu məsələ məhz həmin vaxtda  təqdim olunsun” – deyə Koçaryan bildirib.

Məsələnin niyə bu sessiyada təqdim olunmadığına dair suala cavab olaraq Koçaryan qeyd edib ki, sentyabrın 27-si simvolik bir tarixdir.

Eyni zamanda siyasi gərginliklər də o vaxta qədər səngimiş olacaq. Onun sözlərinə görə, sənəd üzərində çox geniş miqyaslı iş aparılıb və bu, cavabsız qala bilməz.

Hesabat gizli hissədə təqdim olunacaq. Koçaryanın sözlərinə əsasən, məxvilik səviyyəsi o qədər yüksəkdir ki, iclas qapalı keçiriləcək, lakin hesabat aidiyyəti qurumlara təqdim ediləcək.

Daha çox göstər
Back to top button