Başlıcaİctimaiyyət
Yerevan uşaq bağçalarında robototexnika proqramı

Yerevan Bələdiyyəsi Ermənistan Milli Politexnik Universiteti ilə birlikdə paytaxtdakı 10 uşaq bağçasında “Robotexnika” təhsil pilot proqramını həyata keçirib.
Proqram məktəbəqədər təhsil müəssisələrinin yuxarı qrupları üçün nəzərdə tutulub.
Bu layihə məktəbəqədər yaşda uşaqların təfəkkürünü inkişaf etdirməklə yanaşı, təhsili daha maraqlı, komanda əsaslı, yaradıcı və orijinal edir.







