
Amerika Erməni Milli Komitəsi Kaliforniyanın Cənub Dairəsinin federal məhkəməsinin Aynur Bağırzadənin iddiasını rədd etməsi barədə son qərarını alqışlayır.
“Ermənilərə qarşı açıq davranışı və nifrət nitqi ilə tanınan bu azərbaycanlı hüquqşünas Amerika Erməni Milli Komitəsinə və digər ictimai təşkilatlara qarşı əsassız iddialar qaldıraraq, o cümlədən təqribən 7,5 milyon ABŞ dolları məbləğində təzminat tələb edib.
Bütün məhkəmə iddiaları və bu Azərbaycan təcrübəsi Azərbaycan dövlətinin siyasəti kontekstinə tam uyğun gəlir. Bu da komitənin fəaliyyətinin qarşısını almaqdır. Bunun tərkib hissəsi sifarişli və əsassız məhkəmə çəkişmələri, müxtəlif vasitələrlə Erməni Milli Komitələrinin yaxşı reputasiyasını ləkələməyə cəhdlər, Erməni Milli Komitəsinin ayrı-ayrı xadimlərini hədəfə almaq və s.”.







