BaşlıcaBeynəlxalq

Amerika Hay Dat Komitəsi Kaliforniya bölgə məhkəməsinin qərarını alqışlayır

Amerika Hay Dat Komitəsi Kaliforniyanın Cənubi Dairə Federal Məhkəməsinin son zamanlar qəbul etdiyi və Aynur Bağırzadənin təqdim etdiyi məhkəmə iddiasını rədd edən qərarını alqışlayır.

“Erməni əleyhinə açıq mövqeyi və nifrət nitqi yaymaqla tanınan bu azərbaycanlı hüquqşünas, Amerika Hay Dat Komitəsinə və digər ictimai qurumlara qarşı əsassız ittihamlar irəli sürərək, o cümlədən təxminən 7,5 milyon ABŞ dolları məbləğində təzminat tələb edən məhkəmə iddiaları qaldırmışdı.

Təqdim edilən bütün bu iddialar və Azərbaycan tərəfindən sərgilənən bu davranışlar, xüsusilə Amerikada və Avropada Hay Dat  Komitəsinin fəaliyyətinə maneə yaratmaq məqsədi daşıyan dövlət siyasətinin bir hissəsidir.

Bu siyasət çərçivəsində sifarişlə verilmiş və əsassız məhkəmə iddiaları, Hay Dat Komitələrinin nüfuzunu müxtəlif vasitələrlə ləkələmək cəhdləri, eləcə də ayrı-ayrı erməni fəallarını hədəfə almaq kimi hallar müşahidə olunur” – deyə yayılmış bəyanatda bildirilir.

Daha çox göstər
Back to top button