BaşlıcaSiyasət

Avropa ölkələrinin bir qrup nümayəndələri Kaya Kallasın Azərbaycana qrşıdakı səfərini tənqid edib

Avropa Parlamenti və Avropanın müxtəlif ölkələrinin parlamentlərindən bir qrup nümayəndə, Avropa Birliyinin Xarici işlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallasın 25 apreldə Azərbaycana rəsmi səfəri ilə əlaqədar narahatlıq və tənqidlərini bildiriblər.

Alınan məlumata görə, nümayəndələr bu barədə X sosial şəbəkəsindəki mikroblog hesablarında paylaşımlar ediblər.

Avropa Parlamentinin Kiprli nümayəndəsi Lukas Fourlas yazıb:

“Kaya Kallasın 25 apreldə Azərbaycana səfəri ciddi narahatlıq doğurur. Bu səfər Azərbaycanın davam edən transsərhəd zorakılığı, Ermənistanın sülhsevər vətəndaşlarının qeyri-qanuni saxlanması və Ermənistandakı AB müşahidə missiyasına qarşı aşkar edilən təhdidlər fonunda baş verir”.

İspaniya Parlamentinin nümayəndəsi Fransesk Mark Alvaro öz paylaşımında qeyd edib ki, 25 apreldə AB Ali nümayəndəsi Kaya Kallasın Bakıya səfəri böyük narahatlıq yaradır:

 “Azərbaycanda insan hüquqlarının vəziyyəti pisdir və bu səfər AB ilə əsas tərəfdaş olan, sülhə sadiq qalmış Ermənistanla münasibətlərə zərər vura bilər”.

Almaniyanın Bundestaqının keçmiş üzvü Maykl Rot da Kaya Kallasla bağlı yazıb:

 “Avropa üçün qazmı daha vacibdir, yoxsa Avropaya sadiqlik? Siz Bakının avtoritar rejiminə səfər edir, Yerevanın demokratiyasından uzaqlaşırsınız.

Halbuki, Azərbaycan bizim dəyərlərimizi rədd edərkən, Ermənistan Avropa Birliyinə yaxınlaşır. Brüsseldə strateji təfəkkürün vəziyyəti necədir?”

Daha öncə məlumat verilib ki, Avropa irliyinin Xarici işlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas 25 apreldə Azərbaycana rəsmi səfərə gələcək.

Səfər çərçivəsində o, Azərbaycan prezidenti İlham Əliyev və Xarici işlər naziri Ceyhun Bayramovla görüşlərdə iştirak edəcək.

Nazirlə görüşdən sonra mətbuat üçün bəyanatlar planlaşdırılır. Səfərin ikinci hissəsində Kaya Kallas Avropanın Gənc səfirləri ilə bir araya gələcək.

Daha çox göstər
Back to top button