
Ermənistan son üç ildə Aİİ-də iqtisadi artıma görə liderlərdən biri olub. Bu barədə Avrasiya İqtisadi Komissiyasının (AİK) İnteqrasiya və Makroiqtisadi Məsələlər üzrə Kollegiyasının üzvü Eldar Alişerov məlumat verib.
“Məsələn, 2024-cü ildə ölkə iqtisadiyyatı 5,9 faiz artıb, iqtisadi aktivlik yüksək olaraq qalır: 2025-ci ilin fevralında iqtisadi aktivlik indeksi 4,1 faiz təşkil edib.
Əmək bazarında müsbət tendensiyalar müşahidə olunur: əməkhaqqı və məşğulluq artımı var, işsizlik isə xeyli azalıb”, – o əlavə edib, AİK-in saytı yazır.







