
Atəş açılması çox pisdir, çünki bu, vilayətin müdafiə qabiliyyəti baxımından da problem yaradır.
Bu barədə, 26 aprel tarixində jurnalistlərlə söhbətində Syunik vilayətinin qubernatoru Robert Ğukasyan bildirib.
“Amma digər tərəfdən, biz belə tədbirlər görürük və çalışırıq ki, vilayət bir an belə müdafiə qabiliyyətini itirməsin.
Ümid edirik ki, yaxın gələcəkdə bu problem həll olunacaq” – deyə Syunik vilayətinin qubernatoru qeyd edib.
Onun sözlərinə görə, artıq uzun müddətdir ki, gecə saatlarında atəş səsləri eşidilir.
“Bu barədə nə məlumat varsa, hamıya açıqdır. Və bu da həqiqətdir” – deyə Robert Ğukasyan əlavə edib.







