BaşlıcaSiyasət

Gürcüstanda “NATO-Gürcüstan -2025” hərbi təliçləri  keçirilir, Ermənistan və Azərbaycan  həmçinin  iştirak edir

Gürcüstan Müdafiə nazirliyi “NATO-Gürcüstan 2025” hərbi təlimləri keçirir. Gürcüstanın Birinci Kanalının məlumatına görə, təlimlər rəsmi olaraq Krtsanisi Birgə Hərbi Mərkəzində açılıb.

 Bu, Gürcüstanda hər üç ildən bir keçirilən dördüncü NATO-Gürcüstan təlimidir. “NATO-Gürcüstan 2025” təlimləri briqada səviyyəsində, kompüter texnologiyalarının tətbiqi ilə komanda-qərargah məşqləridir.

 Məqsədi Gürcüstanın rəhbərlik etdiyi çoxmillətli briqada səviyyəsində bölməni böhran vəziyyətlərində əməliyyatların planlaşdırılması və həyata keçirilməsinə hazırlamaqdır.

Təlimlər sahə komponentini və çoxmillətli qərargah hazırlığını da əhatə edəcək, JTEC-in (NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzi) komanda və idarəetmə imkanlarını daha yaxşı nümayiş etdirəcək və koordinasiyanın təkmilləşdirilməsinə töhfə verəcək.

Təlimlər Avropada Müttəfiq Qüvvələrin Ali Komandanlığı (SHAPE) və Gürcüstan Müdafiə Qüvvələrinin Baş Qərargahı tərəfindən planlaşdırılıb və NATO tərəfindən hazırlanmış senari, müvafiq prosedurlar və doktrinalara uyğun keçirilir.

Çoxmillətli təlimlərdə NATO-nun 17 üzv və tərəfdaş ölkəsi o cümlədən Azərbaycan və Ermənistan iştirak edir, (Ermənistan müşahidəçi qismində iştirak edir).

 İştirakçı ölkələr bunlardır: Gürcüstan, Bolqarıstan, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Litva, Polşa, Slovakiya, Türkiyə, Böyük Britaniya, ABŞ, Azərbaycan, Moldova, Ermənistan və Tunis. Təlimlərə bir sıra beynəlxalq təşkilatlar və qurumlar da qatılır.

Təlimlər həmçinin NATO-Gürcüstan Əsas Paketində (SNGP) müəyyən olunmuş altı təşəbbüsü əhatə edir:

Onlar, NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzi (JTEC), hərbi mühəndislik, hərbi polis, hərbi tibb imkanlarının inkişafı, xüsusi əməliyyat qüvvələri və standartlaşdırma və kodlaşdırmadır.

Daha çox göstər
Back to top button