BaşlıcaSiyasət

İran Prezidenti Ermənistan və Azərbaycan arasında mübahisələrin beynəlxalq hüquq çərçivəsində həll ediləcəyinə ümid edir

İran Prezidenti Məsud Pezeşkian Yerevanla  Bakı arasında mübahisələrin və narahatlıqların beynəlxalq hüquq çərçivəsində həll ediləcəyinə ümid etdiyini bildirib.

Alınan məlumata görə, bu haqda  İran Prezidenti Azərbaycanın dövlət televiziyası AzTv-yə müsahibəsində Ermənistan və Azərbaycan arasında davam edən sülh danışıqlarına toxunaraq deyib.

İran Prezidentinin müsahibəsini Caspian Frontiers teleqram kanalı erməni dilinə tərcümə edib. Məsud Pezeşkian qeyd edib ki, istənilən iş üçün birinci şərt odur ki, hər bir tərəf öz sərhədləri ilə kifayətlənsin, digərinin ərazisində və ya torpağında gözü olmasın.

“Münaqişə o zaman başlayır ki, tərəflərdən biri digərinin ərazilərinə və ya sərhədlərinə nəzarəti ələ keçirməyə çalışsın. Ona görə də bizim həmişə dəstəklədiyimiz və hesab etdiyimiz bu istiqamətdə hərəkət etməli olduğumuz şey dövlətlərin hüquqlarına, mənafelərinə və ərazi bütövlüyünə hörmətdir. Bu prinsipə hörmət edilməlidir” – deyə İran Prezidenti vurğulayıb.

Həmçinin vurğulanır ki, İran da daxil olmaqla bütün dövlətlər bu prinsipi beynəlxalq hüquq çərçivəsində qəbul edib və beynəlxalq hüquq normalarına riayət etməklə Azərbaycan və Ermənistan arasında mövcud fikir ayrılıqlarının və narahatlıqların aradan qaldırılacağına ümid edirlər.

“Problemlər o zaman başlayır ki, hüquqlarımızın hüdudları ilə kifayətlənmək istəmirik. Belə olanda fikir ayrılıqları qaçılmaz olur.

Biz həmişə Azərbaycanın hüquqlarını müdafiə etmişik və təbii ki, Ermənistanın da hüquqlarını eyni prinsip əsasında müdafiə edəcəyik.

Çalışacağıq ki, hər iki tərəf danışıqlar masasına otursun, yan-yana yaşasın, İranın mehriban qonşuluğu, sülh, qardaşlıq prinsipləri əsasında bir-birinə kömək etsin”-deyərək  Prezident vurğulayıb.

Daha çox göstər
Back to top button