BaşlıcaSiyasət

Pezeşkiyan Cənubi Qafqazda kommunikasiyaların açılması barədə: “Ölkələr bir-birinin ərazi bütövlüyünə hörmət etməlidir”

“Ölkələr bir-birinin ərazi bütövlüyünə hörmət etməlidir”

Bu haqda Prezidenti Azərbaycan dövlət televiziyası AzTV-yə verdiyi müsahibəsində qeyd edib.

O, Cənubi Qafqazda kommunikasiya yollarının açılması məsələsində Yerevanla Bakı arasında mövcud fikir ayrılıqlarına və çətinliklərə toxunub.

Müsahibə fars dilindən “Caspian Frontiers” teleqram kanalı tərəfindən tərcümə olunub.

Pezeşkiyan, azərbaycanlı jurnalistin “İran Cənubi Qafqazda kommunikasiya yollarının açılması məsələsinin həllini necə görür?” sualına cavab verərkən, xüsusilə Azərbaycanın əsas ərazisindən Ermənistan Respublikasının ərazisi vasitəsilə Naxicevan Muxtar Respublikasına keçidin təmin olunması məsələsinə toxunub və bildirib ki, ölkələr bir-birinin ərazi bütövlüyünə hörmət etməli və bir-birinin ərazilərinə göz dikməməlidir.

İran Prezidentinin fikrincə, Ermənistan və Azərbaycan arasındakı sərhəd və ərazi problemləri yalnız iki ölkənin siyasi və ticarət münasibətləri qarşılıqlı hüquqlara əsaslanaraq tənzimlənərsə, aradan qalxa bilər:

“Bu, əsas və birinci qaydadır. Ermənistan və Azərbaycan arasındakı sərhəd və ərazi problemləri yalnız iki ölkənin siyasi və iqtisadi əlaqələri hər iki tərəfin hüquqları nəzərə alınmaqla tənzimləndiyi təqdirdə həll oluna bilər.

Bu problemin həllinə kömək etmək məqsədilə biz hazırda İran ərazisindən Azərbaycanın əziz bacı və qardaşlarının Naxicevana rahat şəkildə keçə bilməsi üçün yol hazırlamaq üzərində işləyirik.

Bu istiqamətdə yol tikintisi və dəmiryolu işləri sürətlə aparılır. Artıq bu məsələ üzrə razılaşmışıq və Allahın köməyi ilə Azərbaycanla Naxicevan arasında kommunikasiyanın qurulmasında heç bir maneə olmayacaq” – deyərək İran Prezidenti qeyd edib.

Daha çox göstər
Back to top button