
ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasında Azərbaycanda insan hüquqları ilə bağlı müzakirələr zamanı insan hüquqları üzrə vəkil Jared Genser 2023-cü ildə Dağlıq Qarabağda baş verən hadisələri etnik təmizləmə adlandırıb.
O, qeyd edib ki, bundan sonra Azərbaycan Dağlıq Qarabağda erməni izlərini və xristian mövcudluğunu silmək üçün addımlar atıb.
Jared Genser ABŞ Prezidenti Donald Trampın dünyada xristianlara, o cümlədən ermənilərə dəstək verməklə bağlı paylaşımını xatırladaraq əlavə edib ki, saxlanılan ermənilər azad edilməzsə, Azərbaycanın qarşısında ciddi nəticələr olmalıdır və bunun üçün tədbirlər görülməlidir.







