
İran prezidenti bəyan edəndə ki, biz üçüncü tərəflərin Azərbaycanla münasibətlərdə problem yaratmasına imkan verməyəcəyik, o, birbaşa İsraili nəzərdə tutur. Bunu iranşünas Puca Hüseyni NEWS.am-a müsahibəsində qeyd edib.
“Biz görürük ki, Azərbaycan illərdir İranın türkdilli xalqından istifaə edir, İranın Quzey Azərbaycanını Güney Azərbaycana çevirmək istəyir. Ona görə də İran prezidenti belə şeylər dedi, yəni açıq şəkildə bildirdi ki, sərhəd olmasa belə, sizin xalqınız İranın bir hissəsidir, İranın türkdilli xalqı Azərbaycanın tərkibində ola bilər. Bununla da İran azərbaycanlıların təbliğatını neytrallaşdırır”.
İranın Azərbaycan səfirliyinə hücum edən şəxsin Azərbaycanın tələbi ilə cəzalandırıldığını bildirməsinə toxunan Hüseyni qeyd edib: “Bu edam Azərbaycanın tələbi ilə olmayıb, İran konstitusiyası və qanunları bunu tələb edir. Azərbaycan İranı bu terrorun arxasında durmaqda ittiham etməkdə davam edir, lakin Azərbaycanın bu cür şantajı İrana təsir etməyib.
Azərbaycanla münasibətlərdə İranın səyləri daha təmkinli, Ermənistanla əlaqələr isə İran tərəfdən dəstək və qardaşlıq xarakteri daşıyır. Biz onu da bilirik ki, Azərbaycan İranın əzəli düşməni İsraillə hərbi, kəşfiyyat və siyasi əməkdaşlıq edir və bu səbəbdən İranın bütün diplomatik münasibətləri Azərbaycandan gələn təhlükənin neytrallaşdırılmasına və qarşısının alınmasına yönəlib”.







