Marta Kos: “Bizə hələ ki,Yerevadan AB-nə üzvlük üçün müraciət daxil olmayıb, onu alan kimi müzakirə edəcəyik”

“Biz hələ də Ermənistandan Avropa Birliyinə üzvlük üçün müraciət almamışıq, onu alan kimi müzakirə edəcəyik” – deyə AB-nin Genişlənmə üzrə komissarı Marta Kos “Azatutyan”a eksklüziv müsahibəsində qeyd edib.
Avropanın yüksək rütbəli diplomatı Brüsselin ərizəni təsdiq edib-etməyəcəyini dəqiqləşdirmədən sadəcə vurğuladı ki,Yerevanda səslənən bu arzu Avropa ailəsinin bu gün nə qədər cəlbedici olduğunu göstərir.
“Ermənistan parlamentində baş verənlər göstərir ki, Avropa Birliyinin cəlbediciliyi indi əvvəlkindən daha yüksəkdir. Hər hansı bir ölkənin Avropa Birliyinə üzv olmaq üçün müraciət etməsi üçün iki şərt var:
O, dövlət olmalı və Avropada olmalıdır. Biz hələ Ermənistandan müraciət almamışıq, onu alanda müzakirə edəcəyik, amma dediyim kimi, bu, bir çox ölkələr üçün maraqlı olduğumuzu göstərir” – deyə Marta Kos qeyd edib.
Ötən ay Ermənistan parlamenti AB-nə üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edib. Eyni zamanda rəsmi Yerevan bəyan edir ki, qanun layihəsi Avropa Birliyi ilə münasibətlərin dərinləşdirilməsi proqramına və Ermənistanın balanslaşdırılmış xarici siyasətinə uyğun olsa da, AB-nə üzvlük üçün müraciət deyil.
“Bu ərizəni təqdim etmək üçün Ermənistan bir sıra prosedurlardan keçməlidir və onlar mövcud olduqda biz onlara baxacağıq”= deyə Marta Kos”Azadutyun” radiosuna bildirib.







