
Beniamin Poqosyanın fikrincə, Ukraynada müharibənin davam etməsi Rusiyanın Cənubi Qafqazdakı mövqelərinin yavaş, lakin tədricən zəifləməsi deməkdir.
Bu barədə o, mayın 3-də keçirilən “Rusiya və ABŞ arasında dialoq və bunun Avrasiya təhlükəsizliyi və Cənubi Qafqaz üçün mümkün nəticələri” adlı beynəlxalq dəyirmi masada bildirib.
Ekspert qeyd edib ki, bu, əlbəttə, Rusiyanın Cənubi Qafqazdan tamamilə çıxması demək deyil. Rusiya hələ də Cənubi Qafqazdadır, Ermənistanda rus hərbi bazası mövcuddur, həmçinin Cənubi Osetiya və Abxaziyada rus sərhədçiləri var. Lakin buna baxmayaraq, biz tədricən Rusiyanın təsirinin zəiflədiyini müşahidə edirik.
Poqosyanın fikrincə, Rusiya üçün ən böyük zərbə Dağlıq Qarabağda ermənilərin etnik təmizlənməsi olub. “Yəni, hazırda Dağlıq Qarabağda ermənilərin olmaması və bundan sonra orada rus sülhməramlı qüvvələrinin də qalmaması yəqin ki, Rusiya üçün ən böyük zərbə oldu”, – deyə o bildirib.
Benjamin Poğosyan: “Rusiya Cənubi Qafqazda ikinci xarici oyunçu ola bilər”
Ekspert xatırladıb ki, artıq Ermənistan-Azərbaycan sərhədində rus sərhədçilər və ya rus ordusu yoxdur, İranla sərhəddə isə demək olar ki, rus sərhədçiləri qalmayıb.
“Çox danışılır ki, bəlkə bir il sonra və ya bu ilin sonuna qədər Ermənistan-İran sərhədində ümumiyyətlə rus sərhədçiləri olmayacaq.
Yəni, Rusiyanın mövqelərinin zəifləməsinə dair tədricən bir tendensiya var” – deyə o vurğulayıb.
Əgər Ukraynada müharibə davam edərsə, Poğosyanın fikrincə, bir il ərzində Rusiyanın mövqelərinin tədricən zəifləməsinin şahidi olacağıq və nəticədə Cənubi Qafqazda elə bir vəziyyət yarana bilər ki, Rusiya regionda ikinci xarici oyunçuya çevrilə bilər.
Ekspert əlavə edib ki, əgər Ukraynada müharibə dayandırılarsa, o zaman Rusiya, hətta Cənubi Qafqaz respublikaları baxımından belə, öz mövqelərinin zəifləməsinin bu çox yavaş, amma real prosesini dayandırmaq üçün daha çox imkanlara sahib olacaqdır.







