BaşlıcaErməni Soyqırımı
Diyarbəkir Vəkillər Assosiasiyası 1915-ci il Erməni Soyqırımını inkar etməməyə çağırıb

1915-ci ildə baş vermiş Erməni Soyqırımı zamanı həyatını itirənlərin xatirəsini hörmətlə yad edirik. Bu barədə Diyarbəkir Vəkillər Assosiasiyasının bəyanatında deyilir.
“Biz inanırıq ki, bəşəriyyətə qarşı törədilmiş cinayətlərin öhdəsindən yalnız onlarla üzləşərək və cavabdehlik daşıyanları məsuliyyətə cəlb edərək gəlmək mümkündür – onları inkar etməklə yox.
Biz soyqırım zamanı həyatını itirənlərin xatirəsini hörmətlə anırıq və keçmişlə üzləşməyə, həqiqəti üzə çıxarmağa çağırırıq – elə bir gələcək naminə ki, orada sülh və insan haqları üstünlük təşkil edir” – deyə bəyanatda bildirilir.







