
Fransanın Ermənistandakı səfiri Olivye Dekotini respublikanın mətbuat azadlığı indeksində irəliləyişini yüksək qiymətləndirib.
“Sərhədsiz Reportyorlar təşkilatının dərc etdiyi 2025-ci il Dünya Mətbuat Azadlığı İndeksində 180 ölkə arasında 34-cü yeri tutan Ermənistan irəliləyişini davam etdirir.
O, özünü regionda azadlıq vahəsi kimi qurur. Ermənistanı dəstəkləməklə biz dəyərlərimizi paylaşan demokratiyanı dəstəkləyirik”, – Fransa səfiri özünün X səhifəsində yazıb.







