İctimaiyyət
Ermənistan Rusiyaya şaftalı tədarükünü azaldıb

Ötən il Rusiyaya ən çox şaftalı və nektarin Türkiyədən gəlib – 159,6 milyon dollar dəyərində 161,7 min ton. Bunu Prime yazır. Sonrakı yerdə 80 milyon dollara 86,6 min ton meyvə tədarük edən Özbəkistan, 67,1 milyon dollara isə 54,8 min ton Azərbaycan gəlir.
İlk beşliyi Gürcüstan – 22,2 min ton (26,3 milyon dollar) və Çin – 17,9 min ton (20 milyon dollar) tamamlayıb.
İlk onluqda həmçinin Qazaxıstan (6,4 min ton), Serbiya (3,3 min), Ermənistan (2,8 min), Çili (1,8 min) və Hollandiya (1,1 min) yer alıb.
2023-cü illə müqayisədə tədarükünü ən çox Tacikistan artırıb – 3,1 dəfə. Ermənistan Rusiyaya şaftalı tədarükünü 1,7 dəfə azaldıb.







