
Azərbaycanda mübahisəli Dağlıq Qarabağ regionu ilə bağlı münaqişə zamanı yol verilmiş sui-istifadə hallarına görə cəzasızlıq davam edir. Bu barədə “Amnesty International” təşkilatının 2025-ci ilin aprel ayına olan “Dünyada insan hüquqlarının vəziyyəti” hesabatında deyilir.
“Əvvəllər AŞPA Azərbaycanın Ermənistandan Dağlıq Qarabağa Laçın dəhlizi vasitəsilə girişi məhdudlaşdırmasının ciddi humanitar və insan haqlarına dair nəticələrini tanımaması ilə bağlı yenə narahatlığını ifadə edib.
AŞPA Azərbaycanın 2023-cü ilin sentyabrında keçirdiyi və Dağlıq Qarabağın bütün erməni əhalisinin, 100 mindən çox insanın Ermənistana köçməsinə səbəb olan hərbi əməliyyatı bir daha pisləyib. Onların təhlükəsiz və ləyaqətlə qayıtmaq hüququna məhəl qoyulmayıb”, – hesabatda deyilir.







