
Milli Məclisin deputatı Azər Badamov dəfələrlə anti-Rusiya və rusofob bəyanatlar səsləndirdiyinə görə Rusiyaya buraxılmayıb. Bu barədə RİA Novosti-yə məlumatlı mənbə bildirib.
Onun sözlərinə görə, deputatın Rusiyaya girişi “Rusiya Federasiyasından çıxmaq və Rusiya Federasiyasına daxil olmaq qaydası haqqında” Federal Qanunun 26 və 27-ci maddələrinə uyğun olaraq qadağan edilib. “Buna bəraət qazandıran səbəb Milli Məclisin deputatının dəfələrlə səsləndirdiyi anti-Rusiya və rusofob bəyanatlarıdır”, – mənbə qeyd edib.
“Məlum olduğu kimi, əvvəllər də bir sıra rusiyalı deputatlara qarşı Azərbaycana giriş qadağası qoyulub. Sonuncu belə hal Dövlət Dumasının deputatı Nikolay Valuyevə aiddir”, – mənbə xatırladıb və qeyd edib ki, Moskva bu kimi məsələlərin mediada şikayət verməklə deyil, diplomatik kanallarla həllini düzgün hesab edir.
Mənbənin sözlərinə görə, Badamova qarşı görülən tədbirlər “şəxsi xarakter daşıyır” və “Rusiya tərəfinin Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişafına sarsılmaz sadiqliyinə” təsir göstərmir.







