Hindustan Times: “Türkiyə və Azərbaycan “Sindur” əməliyyatından sonra Pakistana yardım etdi”

Türkiyə və Azərbaycanın Xarici işlər nazirlikləri Hindistanın qonşu ölkədə “terrorçu infrastrukturlara” qarşı başlatdığı “Sindur” əməliyyatından sonra Pakistanın müdafiəsi ilə bağlı çərşənbə günü ayrı-ayrılıqda bəyanatlar yayıb. Bu barədə Hindustan Times məlumat yayıb.
Türkiyə Xarici işlər nazirliyi bazar ertəsi günü verdiyi bəyanatda bildirib: “Pakistanla Hindistan arasındakı münasibətlərin inkişafına narahatlıqla nəzər salırıq.
Hindistan tərəfindən dünən axşam (6 may) həyata keçirilən hücum genişmiqyaslı müharibə riskini artırır. Belə təxribat tədbirlərini və vətəndaşlara və mülüki infrastrukturlara hücumları pisləyirik”.
Türkiyə XİN hər iki tərəfə “ağlabatanlıq göstərmək və bir tərəfli addımlardan çəkinmək” çağırışı edib.
“Gözləyirik ki, regionda gərginliyin mümkün qədər tez azaldılması üçün tədbirlər görüləcək və bu kimi hadisələrin təkrarının qarşısını almaq üçün zəruri mexanizmlər, o cümlədən terrorizmə qarşı mübarizə sahəsində tədbirlər işlənib hazırlanacaq.
Həmçinin, 22 apreldəki terror hücumunun araşdırılması ilə bağlı Pakistanın çağırışını dəstəkləyirik” – deyə Türkiyə XİN bəyanatında vurğulanıb.
Türkiyə, Pakistanın terror düşərgələrinə və Kəşmirdəki Pakistanın işğalçı qüvvələrinə qarşı mübarizə üçün geniş beynəlxalq dəstək qazanan Hindistanın “Sindur” əməliyyatından sonra Pakistanın yanında duran azsaylı ölkələrdən biri idi.
Hind mənbələri bildirir ki, hücumdan qısa müddət sonra Azərbaycan da Pakistan əleyhinə “zorakılığı” pisləyən bəyanat yayıb.
“Azərbaycan Respublikası Hindistan Respublikası ilə Pakistan İslam Respublikası arasında gərginliyin daha da artması ilə bağlı narahatlığını ifadə edir.
Pakistan İslam Respublikasına edilən hərbi hücumları, nəticəsində bir neçə mülki şəxsin həlak olması və yaralanmasını pisləyirik.
Pakistan xalqı ilə həmrəyliyimizi bildirərək, məsum qurbanların ailələrinə başsağlığı verir, yaralılara tezliklə sağalmaq arzulayırıq” – deyərək Hind mənbələri Azərbaycan XİN-nin bəyanatından sitat gətirib.







