Aleksis Ohanyan “Çelsi”nin qadınlardan ibarət komandasının 10%-ni alır

Reddit-in həmtəsisçisi erməni əsilli Aleksis Ohanyan Super Liqa çempionu “Çelsi” qadın futbol komandasının səhmlərinin təxminən 10%-ni alıb. O, sosial şəbəkələrdə London klubundakı payına görə 20 milyon funt-sterlinq (26,52 milyon dollar) ödədiyi barədə yayılan xəbərləri təsdiqləyib.
“Əvvəllər qadın idmanına böyük mərclər etmişəm və yenə də bunu edirəm. ChelseaFCW-yə investor və idarə heyətinin üzvü kimi qoşulduğumu elan etməkdən qürur duyuram. Mən bu möhtəşəm klubun Amerikanın sevimli Barclays WSL komandasına və bir çox başqalarına çevrilməsinə kömək etmək fürsətinə sahib olmaqdan böyük şərəf hesab edirəm”-, Ohanyan qeyd edib.
Alexis Ohanyan əvvəllər 2024-cü ildə 250 milyon dollara satmadan əvvəl 2020-ci ildə təmtəraqla qurduğu Angel City klubunun ən böyük səhmdarı idi. O, həmçinin, ilk tədbiri sentyabr ayında baş tutan və qaliblərinin hər biri 60.000 dollar qazanan, yalnız qadınlardan ibarət yüngül atletika yarışı olan “Atletik Nyu York”un əsasını qoydu.







