
İsveçrənin Bazel şəhərində “Eurovision” mahnı müsabiqəsinin ikinci yarımfinalına çıxıb.
37 iştirakçıdan 16-sı finalda qalan 10 yer uğrunda mübarizə aparır. Litva, İsrail, Ermənistan, Danimarka, Avstriya, Lüksemburq, Finlandiya, Latviya, Malta və Yunanıstan finala yüksəlib.
Müsabiqədə Ermənistanı təmsil edən Parq “Survivor” mahnısı ilə 5-ci yerdə çıxış edib.
Birinci yarımfinalda Norveç, Albaniya, İsveç, İslandiya, Hollandiya, Polşa, San Marino, Estoniya, Portuqaliya və Ukrayna da finala çıxıb.
Müsabiqənin finalı şənbə günü, mayın 17-də baş tutacaq.







