BaşlıcaSiyasət

Ermənistanın Baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində azərbaycanlı jurnalistin suallarını cavablandıran video yayımlayıb

“Tiranada özünü Azərbaycan İctimai Televiziyasının müxbiri kimi təqdim edən azərbaycanlı jurnalistin suallarını cavablandırdım”.

O, ER Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olması ilə bağlı Azərbaycanın ən yüksək səviyyədə səsləndirdiyi narahatlıqlara toxunub.

Baş nazirin sözlərinə görə, bu narahatlıqları aradan qaldırmağın ən qısa yolu sülh sazişinin imzalanmasıdır.

Çünki onun ratifikasiyası halında Ermənistanın Azərbaycana, ümumiyyətlə, qonşularına qarşı heç bir ərazi iddiasının olmadığı yüksək qanunvericilik səviyyəsində qeydə alınacaq.

“Biz də narahatıq, Azərbaycan Konstitusiyasında ER-ə qarşı ərazi iddialarını görürük, lakin biz bu məsələni Azərbaycanda olduğu kimi qaldırmırıq, çünki görürük ki, sülh sazişi layihəsində bu məsələyə toxunulur”.

https://www.facebook.com/watch/?v=1238977750913691
Daha çox göstər
Back to top button