BaşlıcaSiyasət

Tiqran Abramyan Azərbaycanın irimiqyaslı silah almasına toxunub

Ermənistan Parlamentinin “Namusum var” fraksiyasının katibi Tiqran Abramyan Azərbaycanın irimiqyaslı silah almasını narahatedici hesab edir.

Bu barədə Abrahamyan brifinq zamanı bildirib.

“Mən Azərbaycanın 44 günlük müharibədən sonra irimiqyaslı silahlar almasını çox narahatedici hesab edirəm. 

Bu, xüsusilə İsrail, Türkiyə, Pakistan və bəzi Avropa ölkələrində özünü büruzə verir”, – deputat bildirib.

Azərbaycanın Rusiyadan silah alması məsələsinə toxunan Abrahamyan qeyd edib ki, onun Rusiyadan hər hansı sövdələşmə və ya onların həcmi barədə məlumatı yoxdur.

“Əvvəlki onilliklərdə son illər satınalmaların əhəmiyyətli hissəsinin müxtəlif beynəlxalq təşkilatlar və ya Azərbaycan tərəfindən açıqlandığı, lakin son onilliklərdən fərüli olaraq son illər Azərbaycan bu məlumatı kifayət qədər gizli saxlayır. 

Və konkret olaraq hansı ölkələrdən hansı silahları aldığını anlamaq yalnız proqnozlaşdırıla biləcək sferasında qalır”, – deputat bildirib.

O, bunu hərbi-siyasi vəziyyəti qiymətləndirmək və müvafiq təhdidlərə düzgün cavab vermək üçün çox vacib hesab edib.

Daha çox göstər
Back to top button