
Tehranda Ermənistan Respublikası Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İran İslam Respublikasının Ali rəhbərinin müşaviri, Xarici Əlaqələr üzrə Strateji Şuranın rəhbəri Kamal Xərrazi ilə görüşüb.
Görüşdə A.Qriqoryan və K.Xarazi regionun kommunikasiya yollarının açılması məsələsinə toxunub və ER hökumətinin irəli sürdüyü “Sülh yollarının kəsişməsi” layihəsinin əhəmiyyətini vurğulayıblar.
Yuxarıda qeyd olunanlar kontekstində Təhlükəsizlik Şurasının katibi və Prezidentin müşaviri Ermənistan-İran münasibətlərinin inkişafı üçün qarşılıqlı iradə, hazırlıq və imkanların olduğunu vurğulayıblar.







