BaşlıcaSiyasət

Avropa Şurasının baş katibi Yerevan və Bakı ilə sülh sazişi ilə bağlı müzakirələr aparacaq

Avropa Şurasının baş katibi Alen Berset Ermənistan və Azərbaycanla iki ölkə arasında sülh sazişi ilə bağlı müzakirələr aparacaq.

“Armenpress”in məlumatına görə, bunu Avropa Şurasının baş katibi Avropa Siyasi Birliyinin 6-cı Sammiti çərçivəsində jurnalistlərlə söhbətində deyib.

“Ermənistan və Azərbaycan arasında sülhə dair müzakirələr çox vacibdir. Gələn ay həm Ermənistan, həm də Azərbaycanla müzakirələrim olacaq. Biz regionun sabitliyi üçün mümkün olan ən yaxşı qərarları qəbul etmək üçün birlikdə çalışmalıyıq”, – Bersen bildirib.

Daha çox göstər
Back to top button