
Belarus siyasətçisi və 2020-ci il prezidentliyinə namizəd Svetlana Tixanovskaya X sosial şəbəkəsində Albaniyanın paytaxtı Tiranada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündən danışıb.
“Tiranada keçirilən Avropa Siyasi Birliyinin Sammitində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşmək çox xoş idi. Ermənistana Avropa gələcəyinə gedən yolda uğurlar arzulayıram.
Bu gün Avropanın ədalətli, azad və müstəqil Ermənistana hər zamankindən daha çox ehtiyacı var. Həmrəyliyinizə və prinsipial mövqeyinizə görə təşəkkür edirəm” – deyərək Svetlana Tixanovskaya yazıb.







