Başlıcaİctimaiyyət

Hindistanlı zərgərlər Türkiyə və Azərbaycanla əməkdaşlığı dayandırmaq niyyətindədirlər

Hindistanın qiymətli daş və zərgərlik sənayesini təmsil edən zirvə orqanı olan Bütün Hindistan Qiymətli Daşlar və Zərgərlik Daxili Şurası (GJC) sənaye üzvlərini Türkiyə və Azərbaycanla əlaqələri dayandırmağa çağırıb. Bu barədə Hindistanın “The Hindu” qəzeti məlumat yayıb.

“Bu qətiyyətli addımlar 26 hindistanlı mülki vətəndaşın həyatına son qoyan Pahalqam terror hücumundan sonra Türkiyənin Pakistana ictimai dəstəyinin nəticəsidir. “Bu mövqe milli təhlükəsizlik və ticarət əlaqələrinin etik istiqaməti ilə bağlı ciddi narahatlıqlar yaradıb”, – bəyanatda deyilir.

Hindistanın Qiymətli Daşlar və Zərgərlik Daxili Şurasının prezidenti Rajesh Rokde vurğuladı: “Hindistan qiymətli daş və zərgərlik sənayesi millətə dəstək olmaq üçün birləşib. Biz bütün zərgərləri Türkiyə və Azərbaycan ilə bütün əməliyyatları dayandırmağa çağırırıq. Ticarəti dayandırmaqla biz sənayemizin milli qürur sütunu rolunu gücləndirərək aydın birlik və qətiyyət mesajı veririk.”

“Türkiyə və Azərbaycanla fəaliyyəti dayandırmaq əzmimizdə sabit qalmaqla biz nümayiş etdiririk ki, ölkəyə sadiqliyimiz kommersiya maraqlarından üstündür”, – deyə GJC-nin vitse-prezidenti Avinaş Qupta qeyd edib.

Daha çox göstər
Back to top button