BaşlıcaSiyasət

KTMT Yerevanla Bakı arasında sülh müqaviləsinin mümkün qədər tez imzalanacağına ümid edir

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin ən qısa zamanda imzalanacağına ümid edir.

Bu  barədə KTMT-nin baş katibi İmanqali Tasmaqambetovun bəyanatına istinadən TASS məlumat yayıb.

“Qafqazda müəyyən müsbət irəliləyişlər var. Bu, iki ölkə arasında danışıqların və dövlətlərarası sənədin mətni üzrə razılaşmanın başa çatması ilə bağlı Ermənistan Respublikası və Azərbaycan Respublikasının bəyanatıdır.

Biz sənədin mümkün qədər tez imzalanacağına ümid edirik və onun həyata keçirilməsinin Cənubi Qafqazda sülh və sabitliyə yol açacağını gözləyirik” – deyə Tasmaqambetov KTMT iclasında bildirib.

2025-ci ildə təşkilata sədrlik edəcək Qırğızıstanın paytaxtı Bişkekdə KTMT PA Şurasının sessiyası keçirilir.Şuraya Dövlət Dumasının sədri, eyni zamanda KTMT PA-ya rəhbərlik edən Vyaçeslav Volodin sədrlik edir.

Ermənistan təşkilatdakı fəaliyyətini dondurub, onun çərçivəsində keçirilən sessiya və tədbirlərdə iştirak etmir.

Daha çox göstər
Back to top button