
Mayın 20-21-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yerevanda işgüzar səfərdə olacaq.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Ənənəyə uyğun olaraq Naməlum əsgərin məzarı yaxınlığındakı “Əbədi məşəl” önünə və Erməni soyqırımı qurbanlarının xatirəsi abidəsi önünə əklil qoyma mərasimi keçiriləcək.
Moskva ümid edir ki, Lavrovun səfəri Rusiya və Ermənistan arasında siyasi və idarələrarası dialoqun möhkəmlənməsinə töhfə verəcək, qarşılıqlı anlaşmanın artmasına və hər bir tərəfi maraqlandıran məsələlərin qarşılıqlı məqbul həll yollarının tapılmasına gətirib çıxaracaq”, – Zaxarova bildirib.







