BaşlıcaSiyasət

Ermənistan və Fransanın Xİ nazirləri tərəfdaşlığın dərinləşdirilməsi istiqamətində addımlar barədə fikir mübadiləsi aparıblar

Mayın 20-də Ermənistan Respublikasının Xarici işlər naziri Ararat Mirzoyan ilə Fransa Respublikasının Avropa və Xarici İşlər naziri Jan-Noel Barrot arasında telefon danışığı olub.

Bu barədə Ermənistan Xarici İşlər nazirliyi məlumat yayıb.

Nazirlər Ermənistan-Fransa ikitərəfli tərəfdaşlığının cari və gələcək təmaslarının gündəliyini müzakirə ediblər.

Ötən həftə Tiranada iki ölkə liderləri arasında keçirilən müzakirənin davamında Ararat Mirzoyan və Jan-Noel Barrot tərəfdaşlığın dərinləşdirilməsinə yönəlmiş addımlar barədə fikir mübadiləsi aparıblar.

Çoxtərəfli platformalarda, eləcə də Avropa siyasi birliyi çərçivəsində əməkdaşlıq məsələlərinə toxunulub.

Daha çox göstər
Back to top button