BaşlıcaSiyasət

İranın Ali Rəhbəri: Tramp yalan danışıb

İranın ali dini lideri Əli Xamenei “Tramp sülh üçün güc tətbiq etmək istədiyini söylədi. O, yalan danışıb” deyib.

“O, Amerika rəsmiləri və ABŞ administrasiyası Qəzzada qırğınlar törətmək, bacardıqları yerdə müharibələri qızışdırmaq və muzdlularını dəstəkləmək üçün güc tətbiq edib.

Bəli, gücdən sülh və təhlükəsizlik üçün istifadə etmək olar.

Buna görə də biz düşmənlərə baxmayaraq, hər gün öz gücümüzü və ölkənin qüdrətini artıracağıq” – deyə Xamneyi bildirib.

O, həmçinin qeyd edib: “İrana uranı zənginləşdirməyə icazə verməyəcəklərini deyən amerikalılar dərindən yanılırlar. İslam Respublikası heç kimin icazəsini gözləmir.

Qarşı tərəfə xəbərdarlıq etmək istəyirəm: dolayı danışıqlarda iştirak edən amerikalılar boş söhbətlərə getməməyə çalışmalıdırlar.

Onların “İrana uranı zənginləşdirməyə imkan verməyəcəyik” iddiaları onların dərin aldanmasıdır”.

Daha çox göstər
Back to top button