
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin Ermənistanda və regionda onlarla əsrlər boyu fəaliyyət göstərən müqəddəs ocaqların guya “tarixi Azərbaycan torpaqları”nda olması ilə bağlı açıqlamalarına Ana Kürsü surb Eçmiadzin cavab verib.
Ana Kürsü yaydığı bəyanatı təqdim edir:
“Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bu yaxınlarda Bakıda keçirilən Qazilər Şurasının iclasında Azərbaycan təbliğat maşınının yalanlarını yaymaq rolunu öz üzərinə götürərək növbəti dəfə erməni xalqını və erməni kilsəsini kin və düşmənçiliklə hədəfə alıb.
Ermənistanda və bölgədə onlarla əsrlər boyu fəaliyyət göstərən, hətta 1700 illik Surb (müqəddəs)Eçmiadzin kilsəsinin “tarixi Azərbaycan torpaqlarında” yerləşdiyini və ermənilərin guya bu əraziləri “zəbt etdiklərini” A. Paşazadə kilsə ölkələrini erməni təhlükəsi kimi qələmə verməklə yekunlaşdırır .
1930-cu illərin ikinci yarısında sovet hakimiyyətinin dövlət quruculuğu nəticəsində “azərbaycanlı” etnonimini almış xalqın mənəvi liderinin minillik yaradıcı həyatı və mənəvi-mədəni irsi olan erməni xalqının tarixini mübahisələndirməyə çalışması Ermənistan xalqı tərəfindən daha çox çaşqınlıq doğurur
Başqalarının dəyərlərini mənimsəmək adı başqa ölkədən və xalqdan alınmış bir ölkənin nümayəndəsi tərəfindən təqdim olunur.
Eyni ucuz əməliyyat tərzi Paşazadənin Rusiya və Yeni Naxicevan yeparxiyalarının adları ilə bağlı fikirlərinin əsasını təşkil edir.
Qeyd edək ki, Rostov-na-Donu yaxınlığındakı yaşayış məntəqələri Çar Rusiyası hakimiyyətinin qərarı ilə tarixən erməni olan Naxicevandan bu bölgələrə köçən ermənilərə hörmətin ifadəsi olaraq “Yeni Naxicevan” adlandırılıb.
“Azərbaycanın mənəvi liderinin ictimai bəyanatlarında daim əksini tapan bu cür qınaq və saxtakarlıq təzahürləri özlüyündə Azərbaycanın özünün, Paşazadənin fikrincə, regionun qonşu dövlətləri üçün təhlükə törətməsi reallığına sübutdur” – deyən Surb Eçmiadzinin dini lideri yalanın və heç vaxt həqiqətə çevrilə bilməyəcəyini bir daha xatırladır. Yəni, yalan ayaq tutar amma yeriməz.







