
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, Rusiya Federasiyasının paytaxtı Moskvada 27-29 may tarixlərində keçiriləcək Təhlükəsizlik məsələləri üzrə məsul yüksək nümayəndələrin 13-cü beynəlxalq görüşündə iştirak etməyəcək.
Bunun səbəbi kimi Şuranın katibliyindən jurnalistin sorğusuna cavab olaraq Respublika Gününə (28 may) həsr olunmuş tədbirlərdə iştirak göstərilib.
“28 mayda Respublika Gününə həsr olunmuş tədbirlərdə iştirakı ilə əlaqədar Ermənistan Təhlükəsizlik Şurasının katibi Moskvada keçiriləcək görüşdə iştirak etməyəcək” – ifadəsi Təhlükəsizlik Şurasının katibliyindən verilib.







