
Ermənistan və Azərbaycan Avropa siyasi birliyinin sammitinin keçirilməsi üçün bir-birinin namizədliyini qarşılıqlı şəkildə dəstəkləyiblər.
Verilən məlumata görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan X mikrobloqunda yazıb.
“Avropa siyasi ictimaiyyətinin sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsi qərarını da alqışlayıram”.
Ermənistan və Azərbaycanın sammitin keçirilməsi üçün bir-birinin namizədliyini qarşılıqlı dəstəklədiyini vurğulamaq vacibdir” – deyə Paşinyan bildirib.
Bundan əvvəl Ermənistanın Respublikasının Baş naziri Nikol Paşinyan bildirib ki, Avropa siyasi birliyinin 8-ci sammiti 2026-cı ilin yazında Ermənistanda keçiriləcək.
ER Baş naziri Nikol Paşinyan da Danimarkada keçiriləcək 7-ci sammitdə iştirak edəcək.







