
Slovakiyanın Baş naziri Robert Fiko “Yerevan dialoqu” beynəlxalq konfransında iştirak etmək üçün Ermənistana gələcək.
Bu barədə journalist konfransın rəsmi saytından məlumat yayıb. O, konfransın panel müzakirələrindən birində iştirak edəcək.
Konfransda Çernoqoriyanın Baş nazirinin Xarici və Avropa məsələləri üzrə müavini Filip İvanoviç, Macarıstanın Xarici işlər naziri Peter Siyarto, eləcə də Fransanın Xarici işlər naziri Jan-Noel Baron da iştirak edəcək.
Builki tədbir “Observer Research Foundation” (ORF) ilə tərəfdaşlıq, “Kazimir Pulaski Foundation” və Varşava Təhlükəsizlik Forumu ilə əməkdaşlıq, həmçinin Fransanın Avropa və Xarici işlər nazirliyinin Təhlil, Planlaşdırma və Strategiya Mərkəzinin dəstəyi ilə təşkil olunub.







