BaşlıcaErməni Soyqırımı

ABŞ Dövlət Katibinin müavini Erməni Soyqırımı Memorial Kompleksinə   ziyarət  edib

Demokratiya, insan hüquqları və əmək məsələləri üzrə ABŞ Dövlət Katibinin müavini Cekob MakGey, Ermənistandakı ABŞ müvəkkil səfiri Devid Allenin müşayiəti ilə Erməni Soyqırımı Memorial Kompleksinə ziyarət edib.

Qonaqları Erməni Soyqırımı Muzey-İnstitutunun direktoru Edita Qzoyan qarşılayaraq, kompleksin yaradılması tarixini izah etməklə Memoriala müşayiət etmişdir.

Erməni Soyqırımı Muzey-İnstitutunun direktoru Qzoyan Tsitsernakaberd ərazində  ötən əsrin sonunda  Azərbaycanın Kirovabad ,Sumqayıt və Bakı şəhərlərində Azərbaycan hökumətinin təşkil etdiyi qırğınlarda həlak olan ermənilərin xatirəsinə həsr olunmuş üç Xaçkara  və Qarabağ müharibəsi illərində Memorial Divarın qarşısında dəfn edilmiş beş azadlıq döyüşçüsünün hekayələrinə istinad edərək, bu hadisələrlə Erməni Soyqırımı arasındakı əlaqəni vurğulamışdır.

ABŞ nümayəndə heyəti üzvləri memorialdakı əbədi odun yanında çiçək qoyaraq, Erməni Soyqırımının günahsız qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla hörmətlə yad etmişlər.

Edita Qzoyan qonaqları Memorial Divarın yanına aparmışdır. Divarın arxa hissəsindəki xüsusi taxçalarda XIX əsrin sonu və XX əsrin əvvəllərində Türkiyə hökumətinin həyata keçirdiyi ermənilərin kütləvi qırğınları və soyqırımına etiraz edən xarici ictimai-siyasi xadimlər, ziyalılar və missionerlərin məzarlarından gətirilmiş torpaqla dolu kiçik küplər saxlanılır.

Henri Morqentau və Klara Bartonun ermənilərə dəstək fəaliyyətindən bəhs edən Qzoyan vurğulamışdır ki, onların işi sayəsində Amerika cəmiyyəti Osmanlı imperiyasında ermənilərə qarşı törədilən qırğınlarla yaxından tanış olmuşdur.

ABŞ-nin Erməni Soyqırımını tanıması isə bu insanların xatirəsinə hörmət ifadəsidir.

Səfərə görə təşəkkür edən Edita Qzoyan Cekob MakGeyə Erməni Soyqırımına həsr olunmuş kitablar hədiyyə etmişdir.

Daha çox göstər
Back to top button