BaşlıcaSiyasət

Barrot:  “AB Ermənistan və Azərbaycan arasında sülh sazişindən faydalanacaq”

Fransanın Xarici işlər naziri Jan-Noel Barrot “Yerevan dialoqu” beynəlxalq konfransı çərçivəsində təşkil olunan panel müzakirəsi zamanı deyib ki, Avropa Birliyi Ermənistan və Azərbaycan arasında mümkün sülh sazişindən faydalanacaq.

“Biz Cənubi Qafqazı Avropa Birliyini Şərqlə və dünyanın qalan hissəsi ilə birləşdirən mühüm region kimi görürük.

Biz Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olmasını təkcə ona görə deyil ki, Ermənistanla xüsusi və güclü münasibətlərimiz var, həm də ona görə istəyirik ki, bu, bizim maraqlarımıza uyğundur” –  deyə  Fransanın Xarici işlər naziri bildirib.

“Buna görə də biz sülh planının hazırlanmasında Ermənistan hakimiyyətini dəstəklədik və bir neçə həftə əvvəl sülh planı üzrə əldə edilmiş siyasi razılaşmanı da dəstəklədik” – deyərək o, əlavə edib.

Barrot vurğulayıb ki, sülh həm regional tərəqqi, həm də daha sıx əməkdaşlıq üçün imkanlar yaradacaq.

“Biz hər iki tərəfi bu sazişi imzalamağa və ratifikasiya etməyə çağırırıq ki, regional sülhə əsaslanaraq, biz firavan gələcək və həm Ermənistana, həm də Avropa Birliyinə fayda verəcək regional inteqrasiya qura bilək” – deyə o, yekunlaşdırıb.

Daha çox göstər
Back to top button