BaşlıcaSiyasət

Moskva təhlükəsizlik konfransında Ermənistanla Azərbaycan arasında danışıqlar planlaşdırılmır

Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov bildirib ki, təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək səviyyəli nümayəndələrin Moskvada keçiriləcək görüşü zamanı Ermənistan və Azərbaycan nümayəndələri arasında ayrıca danışıqlar nəzərdə tutulmayıb.

“Armenpress”in məlumatına görə, bu barədə Aleksey Şevtsov “İnterfaks”a müsahibəsində bildirib. “Əgər söhbət Rusiya, Azərbaycan və Ermənistan arasında rəsmi üçtərəfli görüşlərdən gedirsə, o zaman yox, onlar planlaşdırılmayıb. “ədbirin proqramı çox sıxdır, o, əlavə dar danışıqlar formatlarını ehtiva etmir”, – Şevtsov Moskvada Ermənistan və Azərbaycan arasında ayrıca danışıqların aparılmasının mümkünlüyü barədə sualı cavablandırarkən deyib.

O əlavə edib ki, həm Azərbaycan, həm də Ermənistan nümayəndə heyətləri təkcə plenar iclas və seminarlarda deyil, həm də MDB-yə üzv dövlətlər üçün ənənəvi işçi sessiyada iştirak etməyə dəvət olunurlar.

Moskvada təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək rütbəli nümayəndələrin görüşündə Ermənistanı səfir Qurgen Arsenyan təmsil edəcəyi daha əvvəl açıqlanmışdı. Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun sədrliyi ilə 27-29 may 2025-ci il tarixlərində Moskvada təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək səviyyəli nümayəndələrin 13-cü beynəlxalq toplantısı keçiriləcək.

Daha çox göstər
Back to top button