
Azərbaycanla sərhədi müəyyən etməklə Ermənistan öz suverenliyini möhkəmləndirir və zəifliyi azaldır.
“Armenpress”in məlumatına görə, bunu Ermənistan baş nazirinin müavini Mher Qriqoryan Aparanda jurnalistlərlə söhbətində deyib. “Sərhədin delimitasiyası ilə biz suverenliyimizi gücləndiririk və zəifliyi azaldırıq. Sərhədin delimitasiyası prosesi Gürcüstan sərhədinin küncündən İran sərhədinin küncünə qədər davam edəcək. Ümid edirəm ki, bu, reqlamentə uyğun olaraq həyata keçiriləcək. Mən heç bir təhlükənin yaranacağını düşünmürəm”, – Ermənistan baş nazirinin müavini bildirib.
Mher Qriqoryan onu da əlavə edib ki, sülh müqaviləsinin imzalanması və ərazilərin delimitasiyası paralel proseslərdir və biri digərinin həyata keçirilməsi üçün əsas deyil. Baş nazirin müavini bildirib ki, Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə komissiyaların növbəti iclasının vaxtı hələlik məlum deyil.







