
Ermənistanın müdafiə naziri Suren Papikyan bir sıra yüksək rütbəli hərbçilərin müşayiəti ilə Müdafiə Nazirliyinin sülhməramlı qüvvələrinin briqadasında olub və Beynəlxalq Sülhməramlılar Gününə həsr olunmuş təntənəli mərasimdə iştirak edib.
Tədbirdə bir sıra xarici ölkələrin Ermənistan Respublikasında akkreditə olunmuş səfirliklərinin hərbi attaşeləri də iştirak ediblər.
Müdafiə naziri sülhməramlıları peşə bayramları münasibətilə təbrik edib, briqadanın keçdiyi yola, erməni sülhməramlılarının beynəlxalq aləmdə uzunmüddətli xidməti və şərəfli missiyasına toxunub.







