
“The New York Times” (NYT) xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Rusiya və Çinlə təsir dairələrinin bölünməsinə dair saziş hazırlaya bilər.
Anonim analitiklərin fikrincə, Trampın hərəkətləri və bəyanatları onu deməyə əsas verir ki, o, Moskva, Pekin və Vaşinqtonun dünyanın müəyyən bölgələrində güc mərkəzləri olacağı, “19-cu əsrin imperiya siyasətinin ruhunda” dünya qurmaq istəyir.
ABŞ liderinin qüvvələr balansını dəyişmək və yeni dünya düzəni qurmaq istəyini digər məsələlərlə yanaşı, Qrenlandiya, Kanada və Panama kanalına nəzarəti ələ keçirmək zərurəti ilə bağlı bəyanatları da sübut edir.
Bundan əlavə, Tramp Rusiyanın yeni ərazilər üzərində nəzarətinin tanınmasının tərəfdarı olduğunu bildirib.
Belə ki, Tramp Rusiya və Çinlə təsir dairələri üzrə genişmiqyaslı saziş hazırlaya bilər.
“The New York Times” (NYT) xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Rusiya və Çinlə təsir dairələrinin bölünməsinə dair saziş hazırlaya bilər.
Anonim analitiklərin fikrincə, Trampın hərəkətləri və bəyanatları onu deməyə əsas verir ki, o, Moskva, Pekin və Vaşinqtonun dünyanın müəyyən bölgələrində güc mərkəzləri olacağı, “19-cu əsrin imperiya siyasətinin ruhunda” dünya qurmaq istəyir.
ABŞ liderinin qüvvələr balansını dəyişmək və yeni dünya düzəni qurmaq istəyini digər məsələlərlə yanaşı, Qrenlandiya, Kanada və Panama kanalına nəzarəti ələ keçirmək zərurəti ilə bağlı bəyanatları da sübut edir.
Bundan əlavə, Tramp Rusiyanın yeni ərazilər üzərində nəzarətinin tanınmasının tərəfdarı olduğunu bildirib.
Eyni zamanda, ABŞ-ın köhnə prezident administrasiyasından (Trampın birinci dövründə) NYT-nin sorğusuna qatılan məmurların bəziləri onun hərəkətlərinin heç bir strategiyaya əsaslanmadığına əmindirlər.







