BaşlıcaSiyasət

Son aylar Azərbaycan tərəfindən müxtəlif istiqamətlərdə məqsədyönlü və sistemli pozuntular müşahidə olunur: Abrahamyan

Son 1,5-2 ayda cəbhə xəttinin müxtəlif istiqamətlərində Azərbaycan tərəfindən məqsədyönlü və sistemli pozuntular müşahidə olunur.

“Armenpress”in məlumatına görə, bunu mayın 29-da Parlamentdə keçirdiyi brifinqdə “Şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan deyib.

“Birincisi, son bir həftə ərzində kifayət qədər diqqətçəkən iki bəyanat verildi. Birincisi, ABŞ dövlət katibinin Konqresdəki bəyanatı oldu. Burada mahiyyət etibarı ilə Ermənistanla Azərbaycan arasında prosesin getməsindən asılı olmayaraq, gərginliyin qaldığı vurğulandı. İkincisi, Rusiya müdafiə nazirinin daha konkret ifadə ilə çıxış etməsi oldu. Kənardan baxanda, danışıqlar prosesləri, müxtəlif geosiyasi aktorların görüşləri və ya xüsusi xidmət orqanlarının təqdim etdiyi məlumatlar təbii olaraq ictimaiyyətə açıqlanmadığından, cəmiyyət mövcud situasiya problemlərindən və ya risklərdən geniş məlumatlı deyil.

Syunikdəki vəziyyət təkcə Ermənistan-Azərbaycan münasibətləri və ya onların mümkün normallaşması ilə şərtlənmir. Syunikin coğrafi mövqeyi, eləcə də İranla sərhədi ona təkcə regional deyil, həm də geosiyasi əhəmiyyət verir.

Odur ki, təsadüfi olmayan ölkələrin rəsmilərinin verdiyi açıqlamalar son dərəcə ciddi qəbul edilməlidir”.

Abrahamyan bütün bunları həm də o baxımdan diqqətəlayiq hesab edir ki, son 2-3 ayda ən azı zahiri olaraq Ermənistan cəmiyyəti müxtəlif ölkələrdən yalnız nikbin bəyanatların və ya tezliklə həll olunacağı gözləntilərinin şahidi olub.

“Bunun fonunda görünən odur ki, vəziyyətin sülhə doğru getdiyi təəssüratı yaradan müəyyən “komfort zonası” yaradılıb. Lakin reallıqda artıq 1,5-2 aydır ki, cəbhə xəttinin müxtəlif yerlərində Azərbaycan tərəfindən məqsədyönlü və sistemli pozuntular qeydə alınır.

Onlar Syunik bölgəsindəki iki yaşayış məntəqəsi, Xoznavar və Xnatsax istiqamətində xüsusilə təhlükəlidirlər ki, bu da çox güman ki, bu qəsəbələrin cəbhə xəttinə çox yaxın yerləşməsi və Azərbaycan üçün asan hədəfə çevrilməsi ilə əlaqədardır”, – o vurğulayıb.

Deputatın sözlərinə görə, hakimiyyət sərhəddəki gərginliklə bağlı ilkin olaraq ictimaiyyətə məlumat verməkdən yayınsa da, vəziyyət o həddə çatıb ki, onlar ən azı ehtiyatlı bəyanatlar verməyə məcbur olublar.

Daha çox göstər
Back to top button