
Qorisdə Fransanın Fəxri konsulunun ofisi iyunun 2-də açılacaq. Verilən məlumata görə, Fəxri konsulun ofisinin açılışı saat 12:30-da baş tutacaq.
Qorisdə Fransanın Fəxri konsulu Karmen Apunts olacaq.
Hazırda o, Qoridəki Frankofoniya Mərkəzinin direktoru vəzifəsini tutur.
Daha əvvəl Fransanın Xarici işlər naziri Jan-Noel Baron Qorisdə Fransanın konsulluq ofisinin açılacağı barədə məlumat vermişdi.







