
Rosselxoznadzorun Dağıstan İdarəsinin mütəxəssisləri Azərbaycandan 152 ton məhsulun idxalına qadağa qoyub.
Московский комсолец-in məlumatına görə, bunlar ümumi çəkisi 152 ton olan tərəvəz məhsullarının doqquz partiyasıdır. “Yaraq-Kazmalyar” və “Tağırkənt-Kazmalyar” beynəlxalq buraxılış məntəqələrində sənədlərə baxış zamanı Azərbaycandan fitosanitar sertifikatları etibarsız olan məhsulların gətirildiyi aşkar edilib.
Məhsullar ixracatçı ölkəyə qaytarılıb.
Bundan başqa, “Vyaduk” gömrük-logistika terminalında aparılan ikiqat yoxlama zamanı Azərbaycandan gələn 18 partiyada, çəkisi 400 tondan çox olan pomidor, kartof və almada zərərvericilər aşkar edilib.
Çirklənmiş məhsullar dezinfeksiyaya göndərilib və ikiqat yoxlamadan sonra sərbəst dövriyyəyə buraxılıb.







