BaşlıcaSiyasət

Ararat Mirzoyan: “Azərbaycanla yekun sülhə nail olmadığımız müddətcə eskalasiya riski qalır”

Ermənistan və Azərbaycan arasında yekun sülhə nail olunmadığı müddətdə eskalasiya (gərginliyin artması) təhlükəsi mövcuddur.

Bu barədə Ermənistan Xarici işlər naziri Ararat Mirzoyan Yerevan və Bakı arasında aparılan danışıqlar prosesinə və iki ölkənin sərhədlərində mövcud vəziyyətə toxunaraq bildirib.

“Sülh institusional xarakter daşımadığı müddətdə, eskalasiya təhlükəsi daim mövcuddur. Ümumilikdə, Azərbaycanla yekun sülhə nail olmadığımız müddətcə bu risk qalmaqdadır” – deyə Ararat Mirzoyan qeyd edib.

Nazir, həmçinin, atəşkəs pozuntularını araşdırmaq üçün birgə istintaq qrupunun yaradılması ilə bağlı Bakıya edilən təklifləri xatırladıb və vurğulayıb ki, bu təkliflər hələ də Azərbaycan tərəfindən cavabsız qalır.

Daha çox göstər
Back to top button